Növbəti dəfə atəşkəs pozulub

22 İyul 2013 11:16 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Seysulan, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.