“Facebook” və "İnstagram"da axşam nasazlıq yaranıb

16 İyun 2020 09:50 (UTC+04:00)
Dünyanın bir sıra ölkələrində istifadəçilər "Facebook" sosial şəbəkəsinin işindəki nasazlıqdan şikayət ediblər. Qeyd edilir ki, sosial şəbəkədəki nasazlıq Bakı vaxtı ilə saat 01:00-da olub. İstifadəçilərin 93%-i sosial şəbəkənin işində çətinliklərlə üzləşiblər, istifadəçilərin 6%-i "Facebook"a daxil olmaqda problemlərin olduğunu qeyd edib. Portalın məlumatına görə, problemlərlə Rusiya, ABŞ, Polşa, Fransa, Yunanıstan, Böyük Britaniya, Peru, Venesuela və başqa ölkələrdəki sosial şəbəkə istifadəçiləri üzləşiblər. Nasazlığın səbəbləri hələ məlum deyil. Portal eyni zamanda "Instagram"ın işində də problemərin olduğunu bildirib.