"Bölgə ölkələrinin hamısı ziyan çəkəcək"
3 Aprel 2012 19:52 (UTC+04:00)
İrana səfərindən srağagün axşam qayıdan Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan hava limanında jurnalistlərə keçirdiyi görüşlər
barədə açıqlama verib. Nazir bildirib ki, bölgədə sabitliyin
pozulmasından bütün ölkələr zərər çəkə bilər. "Reallıq budur ki,
bölgəmizdə özünü göstərən istənilən qeyri-sabitlik ünsürü Türkiyə
və İran da daxil olmaqla, bölgə ölkələrinin hamısına öz təsirini
göstərəcək, hamısına birdən ziyan vuracaq. İranlı rəsmilərlə
keçirdiyimiz görüşlərdə bunu açıq şəkildə ifadə etdik və bu
məsələdə həmrəy olduğumuzu bir daha müəyyənləşdirdik" - Türkiyənin
baş naziri belə deyib. Rəcəb Tayyib Ərdoğan həmçinin bildirib ki,
görüşlərdə İranın nüvə proqramı da müzakirə edilib və Türkiyə bu
məsələnin diplomatik yolla həllini asanlaşdırmaq üçün öz
təşəbbüslərini davam etdirəcək.