Ukraynanın birinci xanımı xəstəxanaya aparıldı

16 İyun 2020 14:35 (UTC+04:00)
Ukraynanın birinci xanımı Yelena Zelenskaya xəstəxanata yerləşdirilib. Prezident Vladimir Zelenskinin həyat yoldaşına ağır dərəcəli pnevmoniya diaqnozu qoyulub. Ukrayna Prezident Administrasiyasının Mətbuat xidmətinin məlumatına görə, birinci xanımda iyunun 12-də koronavirus diaqnozu aşkarlanıb. Prezident və övladlarının COVİD-19 testi neqativ çıxıb.