Salyanda meyiti tapılan şəxsi gözətçi güllələyib - YENİLƏNİB

16 İyun 2020 15:40 (UTC+04:00)
Salyanda meyiti tapılan şəxsi gözətçi güllələyib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə saatlarında Qaraçala kəndi ərazisində qeydə alınıb. İlkin ehtimala görə, gölə balıq tutmaq üçün gələn 2 nəfər gözətçi, 1995-ci il təvəllüdlü Abdullayev Rəşad Valeh oğlu tərəfindən güllələnib. Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 1995-ci il təvəllüdlü Qarayev Asif Gəray oğlu hadisə yerində ölüb, onun həmkəndlisi 1996-cı il təvəllüdlü Aydınov Fərzalı Vidadi oğlu isə güllə yarası alıb. Sonuncu Salyan rayon xəstəxanasına yerləşdirilib. Hazırda silahlı insidentin baş verdiyi ərazidə istintaq hərəkətləri davam etdirilir.