Binəqədi Rayon İcra Hakimiyyəti əhalinin susuz qalma xəbərlərinə aydınlıq gətirdi

17 İyun 2020 11:18 (UTC+04:00)
"Binəqədi kəndində 10 gündür su yoxdur deyə sakinlər etiraz edirlər" başlığı ilə Youtube sosial şəbəkəsəsində yayımlanmış videomaterialdan Binəqədi Rayon İcra Hakimiyyəti məlumatlıdır və məsələ diqqətimizdədir. Məlumat üçün qeyd edək ki, yay mövsümünün başlanması ilə əlaqədar içməli suya olan tələbatın artması səbəbindən son günlərdə su təminatında fasilələr yaranmışdır. Rayon ərazisində içməli suyun verilməsində yaranan məhdudiyyətlərin aradan qaldırılması məqsədilə tərəfimizdən aidiyyəti qurumlarla birgə işlər görülür. Qeyd edilən ünvanda əhalinin içməli su təchizatı ilə bağlı probleminin aradan qaldırılması istiqamətində Azərsu ASC tərəfindən müvafiq addımlar atılır, Xüsusi maşınlarla mütəmadi olaraq sakinlərin su tələbatının təmin edilməsi işləri təşkil edilir.