Prezident İlham Əliyev İrana səfər edəcək

14 May 2012 11:22 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Azərbaycan Respublikasının  prezidenti İlham Əliyevin İrana səfəri gözlənilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu barədə İranın Fars agentliyinə açıqlamasında məlumat verib.

O qeyd edib ki, prezident avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak etməyi planlaşdırır. Sammitin avqustun 26-31-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan 2011-ci ilin may ayından Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. Hazırda isə  təşkilata 120 dövlət üzvdür.