Məktəblərdə dəvamiyyəti yoxlayan Komissiyalar yaradıldı-Eksklüziv

22 İyul 2013 12:04 (UTC+04:00)

Ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yeni Komissiyalar yaradılıb. 

Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasından (AHİK) Movqe.az-a eksklüziv olaraq verilən məlumata görə, bununla bağlı rayon təhsil işçilərinin Azad Həmkarlar İttifaqı Təşkilatları  ilə Təhsil Nazirliyi arasında müqavilə imzalanıb. Məlumata görə, bu komissiyaya yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələri daxil edilib. Komissiyalara respublikanın ümumtəhsil müəssisələrinə maneəsiz daxil olub dərsə dəvamiyyəti yoxlamaqla bağlı səlahiyyət verilib. Təhsil Nazirliyi tərəfindən bütün təhsil müəssisələrinə bu komissiyaların fəaliyyətinə mane olmamaq tapşırılıb. Qeyd edək ki, bu məsələ Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2012-2013-cü illər üçün bağlanan Baş Kollektiv Sazişində nəzərdə tutulmuşdu.