Görkəmli aktyorumuzun həyat yoldaşı vəfat etdi

17 İyun 2020 11:41 (UTC+04:00)

Görkəmli aktyor, xalq artisti Hamlet Xanızadənin həyat yoldaşı Nailə Xanızadə dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat yayıb.

O bildirib ki, aktyorun həyat yoldaşı uzun sürən xəstəlikdən sonra vəfat edib:

“Azərbaycanın böyük sənətkarı Hamlet Xanızadənin həyat yoldaşı Nailə Xanızadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Əziz dostumuz Aygün Xanızadəyə və onun doğmalarına dərin hüznlə başsağlığı verir, Nailə xanıma Allahdan rəhmət diləyirik. Ruhu rahat olsun!”

Qeyd edək ki, Hamlet Xanızadə 1990-cı ildə vəfat edib.