Yumruqları sıxmaq - yaddaşa kömək edə bilər

22 İyul 2013 14:22 (UTC+04:00)

 Yeni tədqiqatın nəticələri göstərir ki, sadəcə yumruqları sıxmaq yaddaşa kömək edə bilər.


ABŞ psixoloqlarına görə, sağ əli 90 saniyə ərzində sıxmaq yaddaşı formalaşdırmağa kömək edir. Eyni hərəkəti sol əllə etmək isə yada salmağı yaxşılaşdırır, 

Sınaqda iştirak edən 50 adam yumruq sıxmaqla uzun siyahıdakı sözləri daha yaxşı yadda saxlayıb.


Tədqiqatçılara rəhbərlik edən alim, Nyu Cersidə yerləşən Montclair Dövlət Universitetindən Ruth Propper güman edir ki, sadə bədən hərəkətləri vasitəsilə beyinin necə işlədiyini müvəqqəti dəyişərək, yaddaşı yaxşılaşdırmaq olar.


"Sağ əli - informasiyanı öyrənəndən dərhal öncə sıxmaq, sol əli isə informasiyanı xatırlamaqdan dərhal öncə sıxmaq, yaddaşı yaxşılaşdırmağa kömək edə bilər", Dr Popper BBC-ə deyib.


Tədqiqatçılar düşünürlər ki, yumruğu sıxmaq - yaddaşla əlaqədar xüsusi beyin nahiyələrini aktivləşdirir.