Bu klinika koronavirus xəstələri üçün ayrıldı

17 İyun 2020 14:29 (UTC+04:00)

1 saylı Kliniki Tibbi Mərkəz xəstə qəbulunu dayandırıb. Bu barədə Trend-ə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, mərkəz yalnız koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub: "Artıq mərkəzdə olan bütün xəstələrin köçürülməsinə başlanıb. Xəstələrdən vəziyyəti yüngül olanlar ambulator müalicəyə buraxılıb, ağır xəstələr isə 1 saylı Respublika Klinik Xəstəxanası və Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülür.

Bu gün xəstələrin köçürülməsi prosesi başa çatdırılacaq. Səhərdən mərkəz tam olaraq koronavirus xəstələri üçün ayrılacaq".