ABŞ Səhiyyə Nazirliyi “Akili Interactive” şirkətinin “EndeavorRX” arkada oyununu rəsmi olaraq dərman kimi tanıyıb.
“Report” “The Verge”ə istinadən xəbər verir ki, bu oyun, yəni dərman Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozğunluğundan (DÇHP) əziyyət çəkən 8-12 yaşlı uşaqlar üçün yazılacaq.
Oyunun başağrısı kimi yan təsirləri həbdən daha zəif olsa da, həkimlər yenə də ənənəvi müalicə üsulundan imtina etməməyə çağırır. Onların fikrincə, bu oyun sadəcə əlavə preparat kimi istifadə oluna bilər.