Polislər toyu su ilə dağıtdılar

22 İyul 2013 15:15 (UTC+04:00)

Gezi Parkında tanış olanlara orada evlənməyə icazə vermədilər

İstanbul polisi şəhərin mərkəzində düzənlənmiş toy mərasimini su şırnağı ilə dağıtdı. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə 20 iyulda, yüzlərlə insanın bəy-və gəlinə tamaşa etmək üçün Taksim Gezi Parkına axışması zamanı baş verib.

 

Yeni cütlük məhz Taksim meydanındakı etiraz aksiyalarında tanış olub.


Polis cütlüyü və onları təbrik etməyə gələnləri buraxmamaq üçün Gezi Parkını bağlayıb. Qanun keşikçiləri daha sonra aksiyaçıları su şırnağı ilə sıxışdıraraq Taskimdən uzaqlaşdırıb. Xəsarət alanlar barədə məlumat verilmir.