Başına daş düşən 42 yaşlı kişi öldü

22 İyul 2013 15:19 (UTC+04:00)

Hadisə tikinti zamanı baş verib

Bu gün səhər saatlarında Gəncədə bədbəxt hadisə baş verib. "Kəpəz TV" xəbər verir ki, məcburi köçkünlər üçün inşa olunan binada fəhlə işləyən Yevlax sakini 42 yaşlı Salman Əzizovun tikinti zamanı başına daş düşüb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.