Aynişan Quliyeva: "Məndən çox yaxşı ana olacaq..."

18 İyun 2020 14:17 (UTC+04:00)

Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

Mövqe.az fitnes məşqçisi Kənan Əliyevlə evlənən Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir:

- Aynişan xanım, ana olmaq istəyirsinizmi?

- Düşünürəm ki, hər bir qadın ana olmaq istəyir. Mən uşaqları çox sevirəm. Aldığım savad və tərbiyəyə söykənərək düşünürəm ki, gələcəkdə məndən çox yaxşı ana olacaq.

- Adınızın mənası nədir?

- Adımı anam qoyub, mənası "ayın nişanəsi" deməkdir.

- Bu qədər arıqlamağınızın səbəbi nədir?

- Arıqlamamışam. Sadəcə yorğunluqdan üzüm çöküb. 51 kiloyam.

- Son zamanlar həyat yoldaşınızla sosial şəbəkədə az şəkil paylaşırsınız. Səbəb nədir?

- Evləndikdən sonra şəkil çəkdirmək yada düşmür. Ümumiyyətlə, mənim çox yaxın insanlarla şəkillərim azdır.

- İnsan hansı hərəkəti ilə gözünüzdən düşə bilər?

- Başqasından istifadə etməsi, üzlü, ikiüzlü, yalançı olması...Say-say bitməz.

- Ananız Aybəniz Haşımovanın səhhəti necədir?

- Şükür, mübarizə aparır. Hamımızın başı mamaya qarışıb. Özünün də xoş sözlərə, dəstəyə ehtiyacı var. Çünki o, həmişə güclü olub, bu halını özünə sığışdırmır. Onu bu günlərdə kəşf etdim və qürur duydum.