Jurnalistlərə yeni paylanan mənzillərin açarları təqdim edilib
22 İyul 2013 14:01 (UTC+04:00)
Prezident İlham Əliyevin fərmanı ilə jurnalistlərə
yeni paylanan mənzillərin açarları təqdim edilib.
Movqe.az-ın verdiyi xəbərə görə,
evlərin açarlarını jurnalistlərə KVDF-nin icraçı direktoru Vüqar
Səfərli təqdim edib.
Xatırladaq ki, 2010-cu il iyulun 22-də
Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi
məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat
vəsait ayrılıb. Mətbuatda çalışan 156 jurnalistə ev
verilib.