İlham Əliyev Belçikanın yeni Kralını təbrik edib

22 İyul 2013 16:32 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Belçika Kralı Filippə təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.


Biz Azərbaycan ilə Belçika arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir".


İlham Əliyev Filippə möhkəm cansağlığı, xoşbəxtlik, dost Belçika xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.