Keyt doğuma alınıb

22 İyul 2013 17:19 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərə kral taxtının ikinci varisi Kembric Dükü Uilliamın yoldaşı Keytin doğuma alındığı açıqlanıb. Cütlüyün rəsmi iqamətgahı Kensinqton Sarayından edilən şərhdə, "Keytin səhərin erkən saatlarında Londondakı St. Mary"s Xəstəxanasına gətirildiyi və doğumun erkən mərhələsində olduğu "qeyd edilib. Kembric Dükü Uilliamın da yoldaşıyla xəstəxanaya gəldiyi deyilib. İngiltərə kral taxtının üçüncü sıradakı varisi olacaq körpənin cinsiyyəti hələlik bilinmir. Xatırladaq ki, körpənin doğumu haqda olan xəbəri ilk olaraq Kraliça II Yelizaveta eşidəcək.