Novxanı qəsəbəsinin bir hissəsində suyun verilişində məhdudiyyətlər olacaq

21 İyun 2020 12:00 (UTC+04:00)
Təmir işləri ilə əlaqədar Novxanı qəsəbəsinin bir hissəsində su olmayacaq. Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Cəbrayıllı öz şəxsi facebook səhifəsində məlumat verib. Məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Novxanı qəsəbəsinin bir hissəsinə, eləcə də Bağlar massivinin Püstəxanım Əzizbəyova küçəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.