Oksana ana olmaq istəyir

23 İyul 2013 11:56 (UTC+04:00)

Rəqqasə Oksana Rəsulova ailə qurmaq istəyir.


Mövqe.az-ın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədəki profilində yazıb.

O, ailə qurmaq, ana olmaq istəyini dilə gətirib.


Oksana hətta bildirib ki, keçmiş həyat yoldaşı, reper Elşad Xosenin uşaqlığına bənzəyən bir körpəsi olmasını arzulayır.


Elşadla özünün uşaqlıq şəklini paylaşan Oksana fotonun altından bu sözləri yazıb:

"Bu cür uşaqlar istəyirəm. İnşallah, mənə də nəsib olar. Allahdan arzum can sağlığı və ana olmağımdır".