Ötən ay daha çox uşağın doğulduğu rayon və şəhərlər açıqlanıb

23 İyun 2020 10:49 (UTC+04:00)
Cari ilin may ayında Azərbaycanda 12 558 doğum qeydə alınıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib. Doğum halları daha çox nazirliyin Cəlilabad, Şəmkir və Lənkəran rayonlarında, habelə Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələrində qeydə alıb.