Məşhur azərbaycanlı cütlüyün toyu təxirə düşdü - FOTO

23 İyun 2020 13:02 (UTC+04:00)
Teatr aktyorları Əmrah Dadaşov və Asya Atakişiyevanın toy mərasimi koronavirusa görə təxirə düşüb. Teleqraf.com xəbər verir ki, aktyorlar bu haqda "5/5" verilişində danışıblar. Aktyor Əmrah Dadaşov toy mərasimi haqqında "İyunun 1-də toyumuz olmalı idi. Toya hazır idik" - deyə bildirib. Qeyd edək ki, Asya Atakişiyeva Gənc Tamaşaçılar Teatrının aktrisası, Əmrah Dadaşov isə Akademik Musiqili Teatrının aktyorudur.