Millimizin qatılacağı dünya çempionatı təxirə salındı

23 İyun 2020 16:47 (UTC+04:00)
Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi planlaşdırılan karate üzrə dünya çempionatı baş tutmayacaq. "Report"un məlumatına görə, bu barədə Dünya Karate Federasiyası (WKF) qərar çıxarıb. 25-ci mundial 2021-ci il 16 - 21 noyabrda eyni məkanda olacaq. Mundialda Azərbaycan karateçilərinin də iştirakı nəzərdə tutulur.