Kopenhagendəki Azərbaycan Evində iftar verilib

23 İyul 2013 13:18 (UTC+04:00)

Diasporla İş üzrə Dövlət Komitəsindən Mövqe.az-a verilən məlumata görə,  Danimarkanın paytaxtı Kopenhagendə fəaliyyət göstərən Azərbaycan Evində oruc tutanlar üçün iftar verilib. 


Danimarkadakı azərbaycanlıların diaspor təşkilatı "Vətən" Cəmiyyətinin təşkil etdiyi iftar süfrəsinə bu ölkədə yaşayan türklər, türkmənlər və danimarkalılar özləri də iştirak edib. İftardan öncə Cəmiyyətin sədri Səfər Sadiqi çıxış edərək müqəddəs Ramazan ayında hər kəsin orucunun, dualarının qəbul olunmasını arzulayıb. Cəmiyyət rəhbəri eyni zamanda Kopenhagendəki türkdilli xalqların bir araya gəlməsindən məmnunluğunu bildirib. O, təkcə iftar süfrəsi arxasında deyil, Danimarkada keçirilən bütün tədbirlərdə türk xalqlarının bir arada olmasını arzulayıb. 

İftardan sonra Türkmən Cəmiyyətinin rəhbəri Azərbaycan Evinə xatirə hədiyyəsi təqdim edib.