Azərbaycanda Turistlərə Yardım Mərkəzinin yaradılmasına başlanılır

24 İyun 2020 15:08 (UTC+04:00)

Dövlət Turizm Agentliyi Turistlərə Yardım Mərkəzinin binasının layihələndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Mövqe.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Monoart" MMC-dir.

Qalib şirkətə 29,5 min manat ödəniləcək.