Qadınları əxlaqsızlığa məcbur edən 2 nəfər saxlanıb

23 İyul 2013 14:52 (UTC+04:00)

Şirvan və Bakı sakinlərinin qadınları fahişəliyə cəlb etmələri aşkar edilib. Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 


Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 22-də Şirvan şəhər sakini Bədirə Cahangirova və Bakı şəhər sakini Nərmin İsgəndərova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiklərinə görə saxlanılıblar.