Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri

25 İyun 2020 11:50 (UTC+04:00)

Təhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri müəyyənləşib.
Müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib.

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Ümumilikdə 76 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib.
Ümumi təhsil kateqoriyası üzrə Masallı rayon N.Nərmanov adına şəhər 2 nömrəli tam orta məktəbi, fərdi kateqoriya üzrə isə C.Kazımov adına Qodman kənd tam orta məktəbinin fizika müəllimi Əliyeva Gülnar Mirsalam qızı, R.Əlihəsənov adına şəhər 1nömrəli tam orta məktəbin Rus dili və Ədəbiyyatı müəllimi Muxtarova Nərgiz Abutalıb qızı müsabiqənin qalibləri sırasındadır.

ƏLİHÜSEYN ŞÜKÜROV