Bakıda 32 yaşlı kişi tanışı tərəfindən bıçaqlandı

26 İyun 2020 22:32 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Hacıyev Ceyhun Cabir oğlu mübahisə zamanı tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.