Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edildi

27 İyun 2020 21:41 (UTC+04:00)

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Mövqe.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni rəis müavini təyin edilib.

Qeyd edək ki, V.Ələkbərov sonuncu təyinatına qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.

Xatırladaq ki, ilk xəbəri strateq.az saytı yazıb.