Yeni filmlərin böyük qüsurları

23 İyul 2013 18:04 (UTC+04:00)

Aktrisa, əməkdar artist  Nübar Novruzova isə bildirir: " Kino ilə serial tamamilə fərqli meyarlardır. Əgər kinoların çəkilişi zamanı əvvəlki kimi düzgünlük olsa, hər aktrisaya sənətinə görə dəyər verilsə, rejissorlar peşəkar olsa o zaman təbii ki, uğurlu kinolar çəkilə bilər. Filmlərə, seriallara çəkilən aktyor və aktrisa truppası rejissorun dost-tanışından ibarət dəstə olur. Birinci, ssenari güclü olmalıdır. Daha sonra operator və rejissor işi çox səviyyəli olmalıdır. Bir də görürsən operator elə çəkir ki, adam heç baxmaq istəmir. Bundan əlavə kino çəkən şirkətlər də öz işlərini yaxşı görməyi bacarmalıdır. Məsələn, Türkiyədə "Ay yapım" şirkətinin çəkdiyi filmlərə insanlar baxdıqca baxmaq istəyir.  Çox baxımlı,sevilən filmlər, seriallar çəkirlər. Bizim rejissorlar isə bəzən tanınmış aktyor-aktrisa truppası sayəsində reytinq yığmaq istəmədiyi üçün tanınmamış gəncləri, aktyor olmayanları( avto-dayanacaqda, marketlərdə işləyənləri ) filmlərə çəkirlər. Bu təcrübəsizlik də təbii ki, normal filmlərin alınmamasına səbəb olur".

Aktrisa ona gələn  film, serial təkliflərindən də danışıb: "Bu yaxınlarda rejissor məni filmə çəkilmək üçün dəvət edib. Gedib ssenari ilə və rejissorun özü ilə tanış oldum, dəhşətə gəldim. Rejissor özü AZİ-ni bitirib, sonra film çəkir. Heç bir kurs filan keçmədən, heç nə bilmədən… Bu necə uğurlu film çəkə bilər axı?! Maddi vəziyyətim ağır olsa da, o filmə çəkilmədim, daha doğrusu çəkilə bilmədim. Özümə yaraşdırmadım". 


Belə təklifləri rədd edən Nübar xanıma aktrisa dostlarından irad gəlib: "Bəzən belə təklifləri rədd edəndə mənə dostlarım geridə qalmış deyirlər. Elə həmin  seriala çəkilməyə də, məni  aktrisa-rəfiqəm dəvət etmişdi. Çəkilməyəndə məni qınadı. Ancaq mənim ehtiyacım olsa da, o filmə çəkilmədim. Çünki ssenari və rejissorun qeyri-peşəkarlığı, tanınmış aktrisaları üzü yanmış adlandırması məni bu addımı atmağa məcbur etdi. Bəzən deyirlər guya səni hara çəkəcəklər ki… Mən cavab verirəm ki, qoy heç kim çəkməsin, təki özüm içimdə rahat olum, sakit olum, vicdanım təmiz olsun. Nə olsun, indi kökəlmişəm, formadan düşmüşəm, amma istedadım, bacarığım yenə də həminkidir".