Yeni şəhzadə gəldi

23 İyul 2013 17:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərə krallığının dünən dünyaya gələn yeni varisin ilk fotoşəkilini çəkmək üçün çox sayda fotomüxbir xəstəxananın qarşısında gözləməyə davam edir. Kembric Düşesi Keyt və adı hələ açıqlanmayan, lakin Kembric Şahzadəsi ünvanı alan körpənin bu gün Londondakı St Mary"s xəstəxanasından çıxması gözlənilir. Dünən axşamı xəstəxanada keçirən Keyt və Uilliamın, körpəsiylə birlikdə bu gün rəsmi yaşayış binalarının Kensinqton Sarayına getməsi nəzərdə tutulur. Kembric Dükü Uilliam, dünən körpənin anadan olmasından sonra "Daha xoşbəxt ola bilməzdim" şərhini verib. İngilis mətbuatında, Kralın üçüncü sıradakı varisi olan körpənin, ən az 50 il sonra taxta çıxa biləcəyi şərhləri edilir.