"Evimizdə qırğındı" - Xuraman şikayətləndi

28 İyun 2020 23:20 (UTC+04:00)

Müğənni Xuraman Şuşalı karantin günlərini evdə uşaqları ilə keçirməyin çətinliklərindən bəhs edib.

Axşam.az xəbər verir ki, sənətçi şikayətlərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb:

 

"Dörd uşaqla evdə oturmaq... Bilirəm ki, izləyicilərimin çoxu ailəli xanımlardır. Uşaqlarla evdə nə edirsiniz? Bizdə qırğındır. Bircə istəyim yığışıb kəndə getməkdir. Bunları həyətə buraxım qaçsınlar. Mən də qaçım... Görəsən ayın 5-dən sonra rayona getməyə icazə olacaq?".