"Azərişıq" ASC-nin avtomobili "KamAZ"la toqquşub

29 İyun 2020 10:52 (UTC+04:00)

Qubada iki yük avtomobili toqquşub, xəsarət alanlar var.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində baş verib. Hadisə nəticəsində iki yük avtomobili toqquşub.

Hadisə şahidlərinin bildirdiyinə görə, hadisəyə səbəb "Azərişıq" ASC-yə məxsus xidməti avtomobilin qarşısına qoyunların çıxması olub. Nəticədə arxadan gələn "KamAZ" sürəti tənzimləyə bilmədiyindən "QAZ 53"ə çırpılaraq yoldan çıxıb.

Sürücülər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.