28 nəfər metil spirtindən zəhərləndi, 19-u öldü - Baş həkim

29 İyun 2020 11:13 (UTC+04:00)

Aprel ayından bu günə kimi 28 nəfər metil spirtindən zəhərlənib.

Bunu Axar.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənənlərdən 19-u vəfat edib.

A.Maqsudov onu da qeyd edib ki, iyun ayında zəhərlənmiş 1 nəfərin müalicəsi davam edir.

"Ötən ay isə sözügedən spirtdən 2 nəfər zəhərlənib", - o bildirib.