“Azərbaycan Sənaye Bankı”nın sədri koronavirusdan ölüb

29 İyun 2020 13:22 (UTC+04:00)

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan vəfat edib.

“Report”un əldə etdiyi məlumata görə, o, 47 yaşında koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, Türkiyə vətəndaşı olan D.Tandoğan ASB-yə 19 dekabr 2016-cı ildən rəhbərlik edirdi.