Gömrükçülər daha bir qaçaqmalçılığın qarşısını alıb

29 İyun 2020 13:37 (UTC+04:00)

Dövlət Gömrük komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin gömrük nəzarətindən gizlədərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. 

Bu barədə Mövqe.az DGK-ya istinadən məlumat verir.

Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Belə ki, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volvo" markalı və Türkiyə Respublikası vətəndaşının idarə etdiyi " İVECO" markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən ümumilikdə 3 600 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.