"Yahoo" işçisini qovdu

14 May 2012 13:03 (UTC+04:00)

Mövqe.az xəbər ki, "Yahoo" nun Baş İcraçı Direktoru olan Skot Tompson kompaniyadakı 4 aylıq fəaliyyət müddətindən sonra  işdən azad edilib.  Bazar ertəsi gecə yayımlanan açıqlamada Tompsonun kompaniyanı tərk etdiyi təsdiqlənib. Xəbəri  ilk yayımlayan " Tech Blog AllThingsD ", daha sonra isə "New York Times" olub. Ross Levinson müvəqqəti olaraq "Yahoo" nun Baş İcraçı Direktoru seçilib.  Deyilənlərə görə  onun sələfi Karol Bartz  "Yahoo"dan gələn telefon vasitəsilə işindən ayrılmışdı. Onun əvəzinə işə təyin edilən Tompson isə yanvar ayında fəaliyyətə başlamışdı. Xatırladaq ki, Tompsonun CV qalmaqalı aktivist səhmdar qrupunun Tompsonun kollec dərəcələri ilə bağlı dediyi yalanlardan sonra daha da böyümüşdü. Loeb bazar günü verdiyi şərhdə bildirmişdir ki, Uilson və Volf "Yahoo"nun önəmli potensial və dəyərlərinin kilidini açmaq üçün yeni rəhbərliklə birgə işləyəcək.