Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb

29 İyun 2020 14:33 (UTC+04:00)

Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Bu barədə Mövqe.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.