Goranboyda 3 otaqlı ev yanıb

29 İyun 2020 17:23 (UTC+04:00)

Goranboy rayonunun Səfikürd kəndində ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.