Sumqayıtda iki avtomobil toqquşdu

29 İyun 2020 22:26 (UTC+04:00)

Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 50-DN-811 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil 90-LE-078 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobili vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. 

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.