Sabiq Baş nazir azadlıqdan məhrum edildi

30 İyun 2020 08:14 (UTC+04:00)

Fransanın sabiq Baş naziri Fransua Fiyon beş il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, Baş nazir dövlət vəsaitini əsassız xərcləməkdə, o cümlədən deputat olarkən öz həyat yoldaşı Penelopa Fiyonu köməkçi olaraq saxta şəkildə işə götürməkdə təqsirli bilinib.

Sabiq nazirin cəzasının 3 ili şərti olaraq verilib. Eyni zamanda, P.Fiyon da 3 il müddətinə şərti azadlıqdan məhrum etmə və 375 min avro məbləğində cərimə ilə cəzalanıb.

Hər iki şəxs qərardan apellyasiya şikayəti verəcəyini deyib.

Qeyd edək, Fransua Fiyon Nikolya Sarkozinin hökumətində 2007-2012-ci illərdə Fransanın Baş naziri olub.