Masallıda maskalılar evə basqın edib, ev sahibini yaraladılar

30 İyun 2020 10:28 (UTC+04:00)
Masallı rayonunda mənzilə basqın edilib. Mövqe.az-ın məlumatına görə, hadisə rayonun İsi kəndində baş verib. Kənd sakini, 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün gecə saat 3 radələrində yaşadığı evə 3 nəfər maskalı şəxs daxil olaraq ona hədə qorxu gələrək xəsarətlər yetirməklə 1500 manat pulunu alaraq qaçıblar. Faktla bağlı Masallı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.