72 milyon illik dinozavr quyruğu tapıldı

24 İyul 2013 11:53 (UTC+04:00)

Meksikada 72 milyon il əvvəl yaşamış bir dinozavra aid olan 50 onurğadan ibarət 5 metrlik bir quyruq skeleti tapılıb. 


"Azadinform" xəbər verir ki, Meksika Milli Antropoloji və Tarix İnstitutundan edilən açıqlamada bildirilib ki, General Cepeda bölgəsində aparılan qazıntı işlərindən sonra ortaya çıxan 50 onurğadan ibarət olan 5 metr uzunluğundakı quyruğun bir dinozavra aid indiyə qədər tapılmış ilk əskiksiz quyruq skeleti olması baxımından əhəmiyyət daşıyır.


Qeyd edək ki, Meksika Milli Muxtar Universiteti ilə birlikdə icra edilən ortaq qazıntı işində dinozavra aid omba sümükləri də tapılıb.