Azərbaycanda 2 vəkil koronavirusa yoluxdu

30 İyun 2020 12:06 (UTC+04:00)
Azərbaycanda iki vəkildə koronavirus aşkarlanıb. Bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov sosial şəbəkədə məlumat yayıb. Bildirib ki, VK-nın 2 vəkili koronavirusa yoluxub və onlar ev şəraitində müalicə olunur. Məlumata görə, koronavirusa yoluxan vəkillər Çimnaz Eyubova ilə Ramin Hacıyevdir.