"Keşlə"dən ayrılan legioner: "Mənə büdcənin azaldıldığını dedilər"

30 İyun 2020 13:39 (UTC+04:00)
"Müqaviləni yeniləmək üçün klubdan təklif almadım. Buna görə də yollarımızı ayırdıq". Bunu "Report"a açıqlamasında "Keşlə" ilə vidalaşan futbolçu Franko Flores deyib. 27 yaşlı argentinalı müdafiəçi yalnız klubun meneceri ilə əlaqə saxladığını söyləyib. Floresin menecerin büdcənin azalması ilə bağlı ona məlumat veriyini bildirib. Müdafiəçi hazırda Azərbaycanın digər komandalarından təkliflərinin olmadığını sözlərinə əlavə edib: "Buna baxmayaraq, burada qalmaq istəyirəm. Hələ ki, necə olacağını bilmirəm, xəbər gözləyirəm".