Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı

30 İyun 2020 13:51 (UTC+04:00)
Avropa Voleybol Konfederasiyası (CEV) kişilər və qadınlar arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb. Goal.az-ın məlumatına görə, koronavirus pandemiyası üzündən təxirə salınan yarışların seçmə mərhələ oyunları gələn ilin əvvəlində baş tutacaq. Qadınlardan ibarət Azərbaycan millisi birbaşa AVRO-2021-dən mübarizəyə başlayacaq, kişi voleybolçular seçmə mərhələdə qüvvəsini sınayacaq. Komanda I dövrəni yanvarın 7-10-da Gürcüstanda, 2-ci dövrəni ayın 14-17-də Monteneqroda keçirəcək. Qeyd edək ki, Kişilərdən ibarət Azərbaycan millisi F qrupunda Gürcüstan və Monteneqro ilə yanaşı, Yunanıstanla üz-üzə gələcək.