Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb

30 İyun 2020 13:59 (UTC+04:00)
"Son 2-3 həftə ərzində Gürcüstanda koronavirusun təsdiqləndiyi şəxslərin əksəriyyəti yük maşını sürücüləri olub". "Report"un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. O deyib ki, 30-a yaxın sürücünün COVID-19-la bağlı testi pozitiv nəticələnib. Mərkəz rəhbəri gün ərzində təxminən 400 sürücünün koronavirusla bağlı tibbi yoxlamadan keçirildiyini qeyd edib.