Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsi xəbərləri ilə bağlı məlumat yaydı

30 İyun 2020 15:51 (UTC+04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. AMB-dən Trend-ə verilən məlumata görə, hazırda yalnız banklar və onların filialları, eləcə də "Azərpoçt" MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur.