Cavid İmamverdiyev “Keşlə”də

30 İyun 2020 17:01 (UTC+04:00)
Keşlə" klubu növbəti transferini reallaşdırıb. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sabah"dan ayrılan Cavid İmamverdiyevi heyətinə qatıb. Qeyd edək ki, Cavid İmamverdiyev karyerası ərzində "Karvan", "Neftçi", və "Sumqayıt"da çıxış edib. Yarımmüdafiəçi, Türkiyədə "Elazığspor" komandasının da şərəfini qoruyub. İmamverdiyev Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.