Rektor Vilayət Vəliyev məzunları videoformatda təbrik etdi

30 İyun 2020 16:25 (UTC+04:00)
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev "Məzun günü" münasibətilə tələbələri videoformatda təbrik edib. Rektor bildirib ki, bu il AzTU-nu ümumilikdə 2000 bakalavr və magistr, kollecləri isə 500-ə yaxın tələbə bitirir. Məzunların universitetin gələcək həyatında yaxından iştirakı üçün Elmi Şuranın növbəti iclasında "Məzun proqramı" və "Məzun məcəlləsi"nin qəbul olunacağı da videoda qeyd olunub. Videoya daha ətraflı https://www.youtube.com/watch?v=vkps3jIztqU linkindən baxa bilərsiz